Şənbə , Noyabr 17 2018
Ana səhifə / Media / “Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa…”

“Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa…”

“Kobramedia” adlı saytın Mərbuat Şurasına üzv seçilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər belə bir adla fəaliyyət göstərən saytın Mətbuat Şurasına üzv seçilməsinin gülünc olduğunu bildiriblər.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Moderator.az-a açıqlamasında ittihamlara cavab verib:
“Mətbuat Şurası saytları axtarıb üzvlüyə qəbul etmir, kimlər bizə müraciət edirsə, onlar üzvlüyə götürülür. Burda əsas seçim prinsipi üzvlüyə qəbul olmaq istəyən media qurumunun Azərbaycan jurnalistikası etik kodeskinə əməl edib-etməməsidir. Biz məsələyə bu cür yanaşırıq. KİV qurumunun adı ictimai maraqlara, ümumilli məsələlərə zidd deyilsə, adın bizim üçün önəmi yoxdur. Adı çəkilən saytda müəyyən sahə üzrə ixtisaslaşmış bir KİV qurumudur. Əgər hər hansısa bir sayt uğurlu bir ad seçib, fəaliyyət göstərirsə, fəaliyyəti də uğurlu alınır. Yox əgər uğurlu olmursa, cəmiyyət onu qəbul etmir. Bunun Mətbuat Şurasına aidiyyatı yoxdur.
Sosial şəbəkələrdə kimlərsə məsələyə lağlağı kimi baxırlar, amma bir az diqqətli olmaq lazımdır. Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa, özünə uyğun ad götürüb normal fəaliyyətlə məşğul olmaq daha məncə yaxşıdır. Bu gün bizim qara siyahıya baxsaq Azərbaycanın ən gözəl adlarını götürən media qurumları var ki,  “reketçilik”lə məşğul olublar. Bu gün əslində ittiham hədəfinə onlar çevirilməlidir.”.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Vaşinqton post”: “Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib”

“Jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman verib”. ABŞ Mərkəzi Kəşfiyyat …