Ana səhifə / Media / “Saxta xəstələr” Təcili yardımın işinə mane olurlar?

“Saxta xəstələr” Təcili yardımın işinə mane olurlar?

Bu il sentyabrın 6-sı 1news.az Bakı şəhəri Təcili və Təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyevin bəyanatını yaydı : “Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində poliknikaya və xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.

Nağıyev bildirdi ki, bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: “İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”,-deyə Nağıyev bildirdi. Lakin, o məhz hansı şəkildə və kim tərəfindən, pasiyentin nə vaxt ödəniş etməli olduğunun müəyyən ediləcəyi, həmçinin hansı yolla ödəniş olunacağı barədə məlumat vermədi. (1news.az)

Kim tərəfindən, pasiyentin nə vaxt ödəniş etməli olduğunun müəyyən ediləcəyi barədə sual bizdə də maraq oyatdı. Bizi maraqlandıran sualın cavabını tapmaq üçün, Rauf Nağıyevin özünə müraciət etdik.

“Mən demədim ki, Təcili yardım pullu olmalıdır. Biz istəyirik ki, əsassız çağırışlara son qoyulsun. Axı təcili və təxirəsalınmaz tibbi yardımın dəyəri dövlət tərəfindən ödənilir”,-Bakı şəhəri Təcili və Təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev Kavkaznews.az-a bildirdi.

“Ölkədə müasir poliklinika sistemi yaradılmışdır. Amma poliknikaya müraciət etmək əvəzinə, vətəndaş istəyir ki, həkim onun ayağına gəlsin”,- Rauf Nağıyev qeyd etdi.

“Bəlkə vətəndaş, hansı xəstəliklə əlaqədar olaraq poliklinikaya müraciət etməli olduğunu bilmir?”,- jurnalistimiz fərz etdi. “Mən Təcili və Təxirəsalınmaz Tibbi Yardımda 1987-ci ildən bəri işləyirəm. Təcili yardım dövlət tərəfindən maliyyələşdirilir. “Yanacaq ayrılır, həkimlərə əmək haqqları ödənilir”. Hərarətləri 37 dərəcə olduqda Təcili yardım çağırırlar. Lakin hərarət belə olduqda, hər hansı bir tibbi müdaxiləsiz də ötüşmək olar. Bəzən Təcili yardımı evsiz insanları götürmək üçün, qan şəkərini ölçmək üçün çağırırlar. Lakin Təcili yardıma insanın sağlamlığının kəskin pisləşməsi ,və tibbi müdaxilə olunmaması pis nəticələrə gətirib çıxaracağı halda müraciət etmək lazımdır”,- deyə baş həkim bizə bildirdi.

Rauf Nağıyevin qeyd etdiyi kimi, Təcili Tibbi Yardım infarkt, insult, yanma, yüksəklikdən düşdükdə və digər bəzi hadisələr baş verdiyi halda göstərilməlidir.

“Bəzən, bizi təzyiq ölçmək üçün çağırırlar. Axı, lazımlı aparat olduğu halda xəstələr özləri təzyiqlərini ölçə bilərlər”,-Rauf Nağıyev hesab edir. Nağıyevin bildirdiyinə görə, bir Təcili tibbi yardım çağırışının dəyəri, dövlətə 100 AZN- dən daha baha başa gəlir. “Gün ərzində, bizə təxminən 2 min çağırış daxil olur. Təxminən, çağırışların 60 faizinin Təcili Yardıma heç bir aidiyyəti olmur. Biz vaxt itiririk, və həqiqətən də yardıma ehtiyacı olanlara, yardım etməyi çatdırmırıq”,-deyə Bakı şəhəri Təcili və Təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev bildirdi.

“Bəs, çağırışların əsaslı olub- olmadıqlarını kim müəyyən edəcək?”,-jurnalistimiz soruşdu. “Təcili yardımda işləyən həkimlər, xəstənin tibbi yardıma ehtiyacı olub -olmadığını müəyyən edə biləcək bacarıqdadırlar. Amma, gələcəkdə bunu kimin müəyyən edəcəyini bilmirəm”,-Rauf Nağıyev cavab verdi. Baş həkimin qeyd etdiyinə görə, vətəndaşlar heç olmasa ildə 1-2 dəfə poliklinikalarda müayinədən keçməlidilər. “Bəlkə onların müayinədən keçməyə pulları yoxdur?”- deyə qeyd etdi. “Siz nə danışırsınız? Dövlət poliklinikalarında bütün xidmətlər pulsuzdur”,- Rauf Nağıyev bildirdi. “Poliklinikalarda xəstələrdən pul götürmürlər?”,- jurnalist öz təəccübünü bildirdi. “Qanuna görə götürməli deyillər”,-deyə baş həkim cavab verdi.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın