Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Satışa çıxarılan unun tərkibinə kimyəvi maddə qatılır

Satışa çıxarılan unun tərkibinə kimyəvi maddə qatılır

Azad İstehlakçılar Birliyi unun keyfiyyəti ilə bağlı araşdırmalara başlayacaq.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Eyyub Hüseynov məlumat verib.

E.Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata unun tərkibinə ağ kimyəvi maddə qatıldığına dair məlumatlar daxil olur. “Hələlik tərkibini müəyyənləşdirə bilmədiyimiz maddə unun yapışqanlığını artırır. Bizə daxil olan məlumatlarda deyilir ki, naməlum qatqı orqanizm üçün təhlükəlidir. Buna görə də, 1 ton məhsula cəmi 1 neçə qram qatqı qarışdırılır”, – deyə hüquq müdafiəçisi əlavə edib.

Təşkilat rəhbəri onu da deyib ki, un istehsal müəssisələrində çalışanlara müraciət edərək bu məlumatların araşdırılmasında yardım istəyib: “Unun keyfiyyəti ilə bağlı şikayətlər var. Buna görə də, məhsullardan nümunələr götürərək laboratoriyada yoxlatdıracağıq”.

İqtisadiyyat Nazirliyindən isə sayta un və ya çörəyin keyfiyyəti ilə bağlı şikayətlər edilmədiyini deyiblər. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti un alarkən mütləq onun keyfiyyətinə fikir verməyi məsləhət bilir. “Xarab olmuş un insan orqanizmi üçün təhlükəlidir. Un alarkən onun rənginə, istifadə müddətinə, saxlanma şəraitinə fikir vermək lazımdır”, – deyə qurumdan qeyd ediblər.

Unun rəngi onun növündən, dənin rəngindən, üyüdülmə dərəcəsindən və unda kəpəkli hissənin miqdarından asılıdır. Unun iyi onun təzəliyini və tam keyfiyyətli olmasını göstərir. Unun iyi zəif, özünəməxsus olub kif, üfunət və digər kənar qoxu verməməlidir. Unun dadı isə xoşagələn, bir az şirintəhər olur. Unda acı, turş və kənar dadlar olmamalıdır. Diş altında xırçıltı hiss olunmamalıdır. Unun xam yapışqanlığı miqdar və keyfiyyətcə yoxlanılır. Ümumilikdə, un üçün yapışqanlıq 20-30 faiz arasında olmalıdır.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın