Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Samux sakinindən qeyri-adi ixtira – 4 maşından “tır-tır” düzəltdi – VİDEO

Samux sakinindən qeyri-adi ixtira – 4 maşından “tır-tır” düzəltdi – VİDEO

Samux rayonu Qarayeri qəsəbə sakini Elşən Hacıyev müxtəlif texnikalara aid detalları birləşdirərək qeyri-adi bir təsərrüfat maşını düzəldib.
ARB 24 xəbər verir ki, istər təsərrüfat, istərsə də ev və məişət işlərində ən yaxın köməkçisi olan bu maşına qəhrəmanımız Elşən “tır-tır” adı verib.
Maşının motoru “Honda”, sürət qutusu və arxa oxu “Jiquli”, təkərləri “Qaz 24”, oturacaqlar “Raf”, qabaq təkəri isə “Muravey”motosikletindir.
Elşən Hacıyev – Usta: “Generator motoru, traktorun “dinamo”sun və 220 volt generator alıb maşını yığdım. “Jiquli” karobkasıdır. 500 – 600 kq yük qaldırır. Hər yeri də işləyir”.
Bu texnika avtomobilin belə gedə bilməyəcəyi yerə gedə bilir. Hətta şumda da batmır.
Elşən Hacıyev – Usta: “Məhləmizdə qum daşıyıram, müştəri düşür gedirəm yükün daşıyıram”.
Görənlərin marağına səbəb olan traktor yanacaq sərfiyyatı baxımından da olduqca qənaətcildir.
Elşən Hacıyev – Usta: “100 km-ə 3 litr yarım, 4 litr yandırır. Neçə nəfər sifariş verib, gələcəkdə yenə hazırlayacam. Yeni hazırlayacağım 4 çarxlı olacaq”.
Ustanın bu texnikanı hazırlamasında ona övladı da köməklik edib.
 
Elvin Hacıyev – Ustanın oğlu: “Mən də istəyirəm gələcəkdə atam kimi texnika hazırlayım. Bu maşını hazırlayanda bütün işlərində atama kömək etmişəm”.
Usta avtomobilinə bənd etdiyi generatoru işə salaraq evin işıqlanmasını və televizorun işləməsini təmin edir.
Dünyada baş verən iqtisadi böhranın hökm etdiyi zəmanədə belə bir texnikaların ərəsəyə gətirilməsi qənaət baxımından böhrandan mübarizə üsullarından biri ola bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın