Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Media / Samir Nuriyev: “İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək”

Samir Nuriyev: “İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək”

Azərbaycanda ilk sosial mənzillərin 2018-ci ilin yay aylarında təhvil verilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.

S.Nuriyevin sözlərinə görə, artıq bu ilin may ayından etibarən elektron qeydiyyata başlanacaq: “May ayından etibarən sosial mənzillərin əldə edilməsi üçün elektron qaydada qeydiyyat başalayacaq. Bir otaqlı mənzillərin aylıq ödənişi 130-150 manat civarında olacaq”.

MİDA rəhbəri deyib ki, Hövsan layihəsi üzrə də layihələndirmə işləri yekunlaşmaq üzrədir: “Həmin ərazidə 20 hektar torpaq ayrılıb. Bu isə bütün normalara uyğun 3 000 mənzilin tikilməsinə şərait yaradır”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın