Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / Şamaxıda yol çökdü,  4 kəndlə əlaqə çətinləşdi – VİDEO

Şamaxıda yol çökdü,  4 kəndlə əlaqə çətinləşdi – VİDEO

Şamaxı – İsmayıllı bölgəsində sürüşmələr səngimək bilmir.
ARB TV xəbər verir ki, yağan güclü yağışlardan sonra artıq bir həftədir ki, rayon ərazisində mövcud olan sürüşmə fazaları aktiv şəkildə özünü büruzə verir.
Daha bir magistral yolda baş verən sürüşmə  bu dəfə 4 kəndin gediş-gəlişini çətinə salıb. Sözügedən avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Bəzi nöqtələrdə yolun hərəkət zolağı tamamilə dağılıb.
Məlumata görə, yolda sürüşmə hər gün artır və uçqunların miqyası gündən günə çoxalır. 4 sürüşmə nöqtəsinin sonuncu dayanacağı Hacılı kəndinin yaxınlığında yerləşir. Sürücülər avtomobil yolundan istifadədə çətinlik çəkdiklərini bildirirlər. Şamaxı-Qızmeydan yolu iki il öncə istifadəyə verilib .

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın