Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Şamaxıda sürüşmə getdikcə artır

Şamaxıda sürüşmə getdikcə artır

“Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik var” Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O xatırladıb ki, Şamaxı şəhərinin 48A məhəlləsində bir neçə ay bundan əvvəl sürüşmə, oturma hadisələri baş vermişdi: “Hazırda da həmin sürüşmənin dinamikasında ciddi artım qeydə alınıb. Son günlərdə qədim sürüşmə sahəsi olan Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində də yenə uçqun hadisələri baş verib. Hazırda yolu təmizləyiblər, nəqliyyat vasitələri işləyir”.

Rəisin sözlərinə görə, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi də sürüşmə ərazisidir: “Son günlər sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun və çöküntü hadisələri qeydə alınıb. Həmin ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Ə.Qaralov bildirib ki, Ağsu aşırımında yerləşən Salyan sürüşmə sahəsində də aktivlik başlayıb: “Şamaxı rayonu Qaravəlli kəndində sürüşmə sahəsi mövcuddur, orada da müəyyən aktivlik qeydə alınıb. Şamaxının Muğanlı sürüşmə sahəsi qədim sürüşmə sahəsidir, orada atmosfer yağıntıları intensiv olduqda sürüşmə prosesləri aktivləşir. Ötən il ərazidə 60-dan çox evin sakini köçürülüb, həmin ərazisdə də yenə aktivlik qeyd olunub”.

Mütəxəssisin sözlərinə görə, Çuxuryurd avtomobil yolunda, Mədrəsə kəndi ərazisində də aktivlik müşahidə edilib.

Ə.Qaralov qeyd edib ki, hazırda Şamaxıda qəzalı vəziyyətdə olan evlər var: “Kütləvi şəkildə hamının köçürülməsi mümkün deyil. Həmin evlərin çoxu sürüşmə prosesindən deyil, köhnə konstruksiya ilə tikilməsi səbəbindən qəzalı vəzyyətə düşüb, çünki sular birbaşa bünövrəyə axır”. (“Report”)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın