Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Şamaxıda sürüşmə evlərə doğru hərkət edir – VİDEO

Şamaxıda sürüşmə evlərə doğru hərkət edir – VİDEO

Təbii fəlakət nəticəsində şəhərin Hüseyn Cavid küçəsində torpaq dərəyə doğru sürüşərək evlər üçün ciddi təhlükə yaradıb.

Sakinlər ARB Şəki-yə bildiriblər ki, sürüşmə son bir həftədir dayanmadan davam edir. 3 ev təhlükədədir. Torpaq qatı sürüşərək dərəyə doğru istiqamət alıb. Yaxınlıqdakı bir evin həyətyanı sahəsi uçqun nəticəsində tamamilə dağılıb. Həyətyanı sahə artıq istifadəyə yararsız vəziyyətə düşüb. Uçquna məruz qalmış torpaq qatının altından qrunt suları çıxır. Hər gecə yaşanan torpaq uçqunu aktivliyini qoruyur. Torpaq sürşməsinin baş verdiyi ərazidə eni 30 sm, uzunu isə 50-60 sm olan yarğanlar var. Artıq sürüşmə evlərə doğru hərkət edir.

Ev sahibi Rafiq Abıyevin sözlərinə görə isə indiyədək bu ərazidə sürüşmə baş verməyib: “1967-ci ildən burada yaşayıram. Gündəlik burada sürüşmə davam edir. Hələ belə sürüşmə görməmişəm. Çox qorxuludur”.

İlk dəfə yaşanan bu hadisə hər kəsin böyük narahatlığına səbəb olub. Ev sahibləri gecəni evlərində qala bilmədiklərini deyirlər. Sürüşmə son iki gündə dayanmadan artır. Artıq evlərdə də çatlar yaranıb. Bu səbəbdən evlərin ciddi ziyan çəkəcəyi də bildirilir. Mövcud problemlə bağlı sakinlər lazımi qurumlara da məlumat veriblər.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın