Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Şamaxıda sərnişinlər dayanacaq üzünə həsrə qalıb – VİDEO

Şamaxıda sərnişinlər dayanacaq üzünə həsrə qalıb – VİDEO

Dayanacaq problemi paytaxtla yanaşı, bölgələrin də probleminə çevrilib.

ARB Şəki xəbər verir ki, Şamaxıdakı 20-ə yaxın dayanacağın yalnız adı qalıb.

Şəhərdaxili ictimai nəqliyyatdan istifadə edən sərnişinlər dayanacaq üzünə həsrət qalıb. Şamaxının mərkəzi küçələrindəki dayanacaqların vəziyyəti heç də ürək açan deyil.

Soyuq havalarda sakinlər dörd tərəfi də dağılmış dayanacaqlarda qızınmağa çalışırlar. Dincəlmək üçün nəzərədə tutulan oturacaqlardan isə söhbət gedə bilməz. Digər bir problem isə dayancaqların zibilliyə çevrilməsi ilə bağlıdır.
Burada ağcaqanad əlindən tərpənmək mümkün deyil.

Dayanacaqların bu vəziyyətdə olmasına münasibət bildirən Şamaxı şəhər icra nümayəndəliliyi isə günahı sakinlərin özlərində görür. “Dayanacaqlar hər 6 aydan bir təmir olunur. Bizdə olan məlumatlara görə, axşamlar dayancaqlara qənim kəsilən xüsusi insanlar var” .

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın