Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Şamaxıda leysan, kəndlə əlaqə kəsildi – VİDEO

Şamaxıda leysan, kəndlə əlaqə kəsildi – VİDEO

Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib.

Azinforum.az  Kanal S-ə istinadən xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb.

Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib. Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın