Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Şamaxıda əhali təhlükədə – VİDEO

Şamaxıda əhali təhlükədə – VİDEO

İntensiv yağışlar sürüşmələri aktivləşdirib.
Qaynarinfo.Az ARB Şəki-yə istinadən bildirir ki, Şamaxıda baş verən sonuncu sürüşmədə iki ev təhlükə altında qalıb.
Ötən gecə Şamaxıda baş verən torpaq sürüşməsi iki ayrı nöqtədə uçqunlara səbəb olub. Torpaq kütləsinə tab gətirməyən daş asar tamamilə uçub. Nəticədə həyətyanı sahədəki kiçik tikli uçqunun altında qalıb.
Ərazidə ilk dəfədir ki, torpaq sürüşməsi baş verir. Sürüşmənin baş verdiyi həyətdə oynayan azyaşlılar isə təhlükədən xəbərsizdi. Əgər sürüşmə bu cür davam edərsə evin uçma təhlükəsi var. Ev sahibinin sözlərinə görə təhlükə səbəbindən gecəni qonşularda keçirirlər. İkinci sürüşmə isə şəhərin S.Ə.Şirvani küçəsində qeydə alınıb. Yolun kənarında baş verən sürüşmə yaxınlığındakı evin hasarına təsir edib.
5 metrlik daş asar uçaraq yarsız vəziyyətə düşüb. Yolun bir hissəsinə daşlar tökülüb ki, bu da ərazidən keçən piyadaların hərəkətinə mane olur. Hazırda isə ərazidə sürüşmə dayanıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın