Şənbə , Yanvar 16 2021
Ana səhifə / Media / Salyanda körpələri ölən ata danışdı

Salyanda körpələri ölən ata danışdı

Toğrul Fərəcov uşaqlarının gecə saat 4-ə qədər sağ olduqlarını deyib

Salyan doğum evində üçəm körpələrindən ikisini itirən ata Toğrul Fərəcov uşaqlarının işığın kəsilməsi nəticəsində oksigensiz qalaraq ölməsini inkar edənləri yalan məlumat verməkdə günahlandırıb. 
Toğrul Fərəcov bildirib ki, onun uşaqlar gecə saat 4-ə qədər sağ olublar.
“Yalan sözdür! Saat 04:00 qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat işıqsız qalıblar”, – deyə  üçəmlərin atası bildirib.
İki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev sağ qalan körpənin vəziyyətinin ağır olduğunu bildirib.
“Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan həddindən çox aşağıdır. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır”, – deyə həkim Nəsib Quliyev söyləyib.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın