Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / “Şalvar ala bilməyənlər arvad alırlar” – Tanınmış jurnalist

“Şalvar ala bilməyənlər arvad alırlar” – Tanınmış jurnalist

“Bu ilin 10 ayı ərzində Azərbaycanda 12 min 191 ailənin dağılması həyəcan təbili çalmaq üçün ciddi əsas verir. Rəsmi statistikaya görə, ölkəmizdə orta hesabla hər ay 1200 nikah pozulur. Bu cür təhlükəli vəziyyətin yaranmasına görə təkcə ayrı-ayrı fərdlər deyil, bütövlükdə cəmiyyət məsuliyyət daşıyır”.
Bu sözləri BakuPost.az saytına açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib. S.Verdizadə qeyd edib ki, Azərbaycanda ailə institutu tənəzzülə uğramaqdadır: “Nikahların pozulması təkcə bir ailənin faciəsi deyil. Bunun bədəlini biz hamımız bir yerdə ödəyəcəyik. Odur ki, cəmiyyət bu problemə laqeyd qalmamalıdır”.
Jurnalist deyib ki, boşanmaların sayının artmasının müxtəlif səbəbləri var. Onun sözlərinə görə, əsas səbəblərdən biri də bəzi valideynlərin vaxtından əvvəl baba, nənə olmaq arzusudur: “Azərbaycanda nikah yaşı 18-dir. Yalnız istisna hallarda, üzrlü səbəblər olduqda 17 yaşda da evliliyə icazə verilə bilər. Ölkəmizdə il ərzində təxminən 4000 erkən nikah baş tutur. Boşanmalarla bağlı statistikanən şişməsində erkən qurulan ailələrin də “payı” var”,
S.Verdizadə bildirib ki, valideynlərin ailənin yükünü daşımağa hazır olmayan gəncləri izdivaca məcbur etməsi sonradan fəlakətə gətirib çıxarır:“Sosial problemlərin müzakirə olunduğu verilişlərdə 5 il ekspert qismində fəaliyyət göstərmişəm. Bəzən valideynlərin qayğanaq bişirə bilməyən qızları ərə verdiyinin şahidi olmuşam. Əlində işi-gücü, sənəti olmayan oğlanların evlənməsi də eyni dərəcədə təhlükəlidir. Təəssüf ki,  özlərinə şalvar ala bilməyənlər arvad alırlar. Vəziyyət o həddə çatıb ki, bir-birini sevən gənclər ömür yollarını birləşdirməyə cəsarət etmirlər”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …