Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sakinlər susuzluğa görə kəndi tərk edirlər – VİDEO

Sakinlər susuzluğa görə kəndi tərk edirlər – VİDEO

“İmkanı olan köçür gedir, imkansızlar isə belə yaşayır”

Şəkinin Təpəcənnət kənd sakinləri 10 ilə yaxındır ki, su sarıdan əziyyət çəkir.

ARB Şəki xəbər verir ki, kəndi suyla təmin etmək üçün bir zamanlar hovuzlar və su xətləri çəkilsə də, hazırda bu sistem işləmir.

Nəticədə sakinlər gündəlik olaraq bulaq başına getməli olurlar. Bəzi sakinlər isə hər gün bulağa gedə bilmədiklərindən suyu alır. Lakin su maşınlarının da qiyməti qaldırması sakinlərin işini daha da çətinə salıb.

Qarlı və şaxtalı havalarda isə bu əziyyət birə beş artır. Hazırda kənddə 47 ailə yaşayır. Daha öncə yüzlərlə sakini olan bu kənddə əhali sayının xeyli azalması da məhz bu səbəbdəndir.

Kənd sakini:
 “Heç kim baxmadı, kənd də dağıldı. İmkanı olan köçür gedir, mənim kimi imkansızlar isə belə yaşayır”.

Kənd bələdiyyə sədrinin sözlərinə görə, 2005-2006-cı illərdə kəndi suyla təmin etmək üçün iki su nasosu sakinlərin istifadəsinə verilmişdi. Lakin sərf edilən elektrik enerjisi sakinlərin ciblərinə görə olmayıb.

Şəki sukanal ATSC-dən verilən məumata görə isə hazırda həmin əraziyə yeni su xəttinin çəkilməsi nəzərdə tutulmur. Çünki.. Kənd sakinlərini bu əziyyətdən xilas etmək üçün onlara qonşu Cəfərabad kəndində əlavə torpaq sahəsi verilib.

Belə görünür, bu sakinlər də digər həmkəndliləri kimi öz yerlərini tərk etməli olacaqlar.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın