Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Şahin Məmmədov sahibkarlara qarşı – SAVAŞ AÇIB

Şahin Məmmədov sahibkarlara qarşı – SAVAŞ AÇIB

Bu gün ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli və s. kimi əhəmiyyət kəsb edən məsələlər, əsas prioritet məsələlərdəndir. Son illər Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və digər sosialyönümlü problemlərin həlli, məhz sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. Odur ki, Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına lazımi təminat yaradılır, onlar güzəştli kreditlərlə təmin olunurlar, lizinq yolu ilə bir çox texnikalar verilir, subsidiyalar ayrılır. Təbii ki, atılan belə bir addımlar ölkədə sahibkarlığın inkişafına hesablanmış addımlardır. Bu gün ölkəmizdə sahibkarların maraq və mənafelərinin qorunması, əsas istiqamətlərdən biri hesab olunur. Buna görə də onların ümumi problemlərinin öyrənilməsi üçün ayrı-ayrı bölgələrdə, rayonlarda görüşlər keçirilir, lazımi məsələlərin həlli yolları dövlət orqanlarına təqdim olunur, sahibkarlığın inkişafı ilə bağlı müxtəlif sahə, regional və ölkə miqyaslı proqramlar, layihələr hazırlanır. Təcrübə göstərir ki, sahibkarlara verilən güzəştli kreditlər, yardımlar, ilk növbədə Prezident tərəfindən göstərilən diqqət və qayğı, onları daha səmərəli işləməyə ruhlandırır, fəaliyyətləri üçün münbit şərait yaradır.
Bu, gün ölkə sahibkarlığının inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyası” da böyük töhfələrə, uğurlara yol açır. Konsepsiyada ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsi, gələcək 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur. Ölkəmzdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ölkə rəhbəri səviyyəsində belə bir yanaşmanın varlığına baxmayaraq, Ağcabədidə “Əli” firmasında çalışan 700 nəfərdən çox şəxs isə, “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlərində yazırlar ki, “rayonun mərkəzi bazarında sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər, bu gün də tapdaqlar altına atılmaqdadır. Problemin əmələ gəlməsinə əsas səbəbkar, məhz Ağcabədi rayon İcra Hakimiyyətinin başçısıdır. Çünki, icra başçısının sərəncamı əsasında rayonun H.Hacıyev küçəsində yaradılmış qeyri-qanuni küçə ticarəti, nəinki bizim fəaliyyətimizi iflic edir, hətta küçənin gediş-gəliş hissəsindən yolu keçənlərə maneə də olur. Baxmayaraq ki, mərkəzi bazarın içərisində 300-dən çox lazımi şəraiti olan müəyyən ölçüdə otaqlar var. Yəni, həmin yerlərdə həm kənd təsərrüfatı mallarını, həm də digər tələbat mallarını satmaq üçün əlverişli şərait olsa da, nədənsə icra başçısı biz sahibkarlara qənim kəsilib. Belə ki, icra başçısı vəzifəsini daşıyan Şahin Məmmədov, adı çəkilən küçədə küçə ticarətini genişləndirmək məqsədilə, yeni bazarın fəaliyyət göstərməsi üçün sərəncam imzalayıb. Bu da adı çəkilən küçədə heç bir şəraiti olmayan küçə ticarətinin genişlənməsinə səbəb olmaqla bərabər, eyni zamanda çoxsaylı problemlərin də əmələ gəlməsinə səbəb olmaqdadır. Belə ki, mərkəzi bazarda yanğın baş verərsə, o halda yanğınsöndürənlər mərkəzi bazara daxil ola bilməzlər. Bundan əlavə, heç bir şəraiti olmayan küçə ticarəti, lazımi şəraiti olan bazardan bazarlıq etmək istəyən müştəriləri özünə cəlb edir, açıq hava şəraitində antisanitariya baş alıb gedir. Bu da uzun müddətdən bəri sahibkarlıq fəaliyyəti ilə məşğul olanların işlərini iflic edir ki, həmin sahibkarlar da, bu gün fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üz-üzə qalıblar. Faciə odur ki, icra başçısının əməllərindən ölkə rəhbərinə şikayətlər ünvanlayırıq, məsul vəzifə sahibi olan şəxslərin qəbullarında oluruq, problemlərin araşdırılmasını tələb edirik, son anda da nəyəsə nail ola bilmirik. Buna da səbəb, PA-na ünvanladığımız şikayət məktublarımızın araşdırılmasının, Ağcabədi RİH-nə göndərilməsi olur. Bu da çoxsaylı problemlərin əmələ gəlməsinə, daha dəqiq desək, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı vermiş olduğu tapşırıqların icra olunmamasına gətirib çıxarır”. Baxmayaraq ki, Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirədə qeyd etdi ki, “sahibkarlığın daha sürətli inkişafı üçün əməli addımlar atılacaq”. Amma, Ağcabədidə yaşananlar isə, artıq başqa mətləblərdən xəbər verir və icra başçısını çoxsaylı sahibkarlara qarşı qərəzli mövqeyini ortaya qoyur. Problemlərin varlığını diqqətdə saxlayacağıq. Araşdırmamız davam edəcək

dia.az

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın