Ana səhifə / Media / Sahibkarlar Cavid Qurbanovdan prezidentə şikayət etdi

Sahibkarlar Cavid Qurbanovdan prezidentə şikayət etdi

Bir qrup sahibkar Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDYİ) rəisi Cavid Qurbanovdan şikayət ediblər.

Onların TİA.AZ-a göndərdikləri müraciətdə deyilir ki, sözügedən dövlət qurumunda onlardan pul qoparmaq üçün bütün vasitələrə əl atırlar.

Sahibkarlar qeyd edirlər ki, dövlət başçısının məlum çıxışlarından sonra xeyli ümidləniblər və bu səbəbdən də artıq onlara hər hansı bir problem yaradılmayacağını düşünüblər. Lakin bu çıxışlardan sonra ADDYİ-də proseslər tərsinə getməyə başlayıb. Onlar qeyd edirlər ki, sözügedən dövlət qurumunda mövcud qanunvericiliyi, normativ aktları, hüquqi sənədləri əhəmiyyətsiz hesab edərək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycan Dövlət Dəmir Yolu rəisi 09.01.2009-cu il tarixli 7 saylı əmri ilə “Azərbaycan Dövlət Dəmir yolu Nəqliyyatı ilə yük daşımalarında əlavə xidmətlərə görə yığımların tətbiqi qaydaları” təsdiq edilmiş və həmin qanunsuz qaydalarla əsassız olaraq sahibkarların ciblərinə girərək, onlardan şəxsi mənafelərini təmin etmək üçün pul vəsaitləri toplayırlar və sonradan həmin vəsaitləri ata malı kimi öz aralarında bölüşdürürlər.

Qeyd edirlər ki, bu qanunsuz preskurantlara əməl etməyən sahibkarların ünvanına gəlmiş yüklərin boşaldılmasına imkan vermirlər və bununla da süni şəkildə boşdayanmalar baş verir. «Bu boşdayanmalardan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhndar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov tərəfindən 10.08.2011-ci il tarixdə qanunla və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə) səlahiyyəti olmadığı halda imzalanmış 238 saylı əmri əllərində əsas tutaraq sahibkarlardan boşdayanmaya görə qanunsuz preskurantlarla cərimə tələb edirlər və həmin hesablanmış cərimələrin 50 faizini nağd şəkildə alırlar, cərimələrin tətbiqi barədə heç bir rəsmi sənəd tərtib edilmədən, alınmış pul vəsaitləri bizdə olan məlumatlara görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhndar Cəmiyyətinin maliyyə xidməti və audit şöbəsi arasında bölüşdürülür».

Onlar bildirirlər ki, yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhndar Cəmiyyətinin maliyyə xidməti və audit şöbəsinin əməkdaşalrına irad bildirdikdə, onlar sahibkarlara “kimin əlindən nə gəlir getsin eləsin” kimi ifadələrdən istifadə etməklə hədələyirlər və öz preskurantlarına uyğun pulların tez ödənilməsini tələb edirlər. Həmçinin o da vurğulanır ki, əgər ötən il boşdayanmalara görə, onlardan 19 manat alırdılarsa, hazırda bu rəqəm 106 manata qaldırılıb. Və bunun hansı əsaslə belə səviyyəyə çatması isə naməlumdur.
Müraciət edən sahibkarlar qeyd edirlər ki, hal hazırda nə edəcəklərini bilmirlər və bütün şikayətləri də cavabsız qalıb. Ona görə də, dövlət başçısına müraciət edərək, ondan yardım istəyirlər. Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın