Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Şahdağ”da müştərini belə soydular – FOTOFAKT

“Şahdağ”da müştərini belə soydular – FOTOFAKT

Prezident İlham Əliyev vaxtaşırı olaraq məmur və sahibkarları vətəndaşlara qarşı münasibətdə təvazökar və vicdanlı olmağa çağırsa da, bəziləri bundan nəinki nəticə çıxarmır, əksinə insanların əsəblərini tarıma çəkməklə məşğuldurlar.

Qusar rayonu ərazində yerləşən “Şahdağ” İstirahət Mərkəzinin “Şahdağ Resort Spa Otel”ində vətəndaşın başına gətirilən olay da bu qəbildəndir.

Aktual.az-a müraciət edən oxucu bildirir ki, ondan başqa iaşə obyektlərində 5 manata təklif olunan xidmət üçün 28 manat hesab alıblar. O, bunun səbəbini, xidmətin hansı səbəbdən belə baha olduğunu soruşduqda isə ona “Ürəyin istəmir, bura gəlmə, get başqa yerdə dincəl” deyə kobud cavab veriblər. Ən dəhşətlisi isə sonradan müzakirələrə qatılan inzibatçının dedikləri olub: “Pulun yoxdur, burada nə işin var. Bura “şişkalar”ın yeridir ”.

Azərbaycanda turizm potensialının artırılması məqsədilə dövlət rəhbərliyi tərəfindən təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərə, kütləvi idman, musiqi yarışmalarına baxmayaraq, turizmlə məşğul olan bəzi sahibkarların istehlakçı hüquqlarını kobud sürətdə pozması və onlara inamsızlıq aşılaması, müştəriləri aşağılaması heç bir halda başadüşülən və təqdirolunan hal deyil. Nə yazıq ki, hələ də qanuna və qanunun tələblərinə dırnaqarası yanaşanlar var.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın