Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Şahbaz Quliyevin ailəsinin evi təmir olunur…

Şahbaz Quliyevin ailəsinin evi təmir olunur…

Ermənistanda girovluqda saxlanılan Şahbaz Quliyevin ailəsinin evi təmir olunur.
Bu barədə Ş.Quliyevin qohumları məlumat verib.
Bildirilib ki, evin təmiri Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun nəzarətindədir: “Bu il aprelin əvvəlində atəşkəsin pozulması nəticəsində Tərtər rayonunun Qapanlı kəndində Ermənistanda girovluqda olan Şahbaz Quliyevin ailəsinin evi dağılmışdı. Hazırda ev təmir edilir. Sadəcə, hava şəraiti imkan vermədiyindən işlər dayandırılıb. Dövlətin göstərdiyi diqqətdən razıyıq”.
Qeyd edək ki, Ermənistan hərbçiləri 2014-cü ilin iyulunda Kəlbəcəri – öz doğma torpaqlarını ziyarət edən Azərbaycan vətəndaşları Şahbaz Quliyevi və Dilqəm Əsgərovu girov götürüb, Cəbrayıl raton sakini Həsən Həsənovu isə öldürüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın