Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / Şagirdlərin imtahan nəticələri niyə aşağıdır? – Rəsmi açıqlama

Şagirdlərin imtahan nəticələri niyə aşağıdır? – Rəsmi açıqlama

Bu günə qədər kurikulum təhsili alan şagirdlərin müxtəlif siniflərdə monitorinq imtahanlarının nəticələri qənaetbəxş hesab olunmur. 9-cu siniflər üçün yeni qaydalarla keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrinin aşağı olacağı deyilir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, buraxılış imtahanı proqramları hazırlanarkən 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri ciddi təhlil edilib.

“Belə ki, imtahanlarda istifadə olunacaq altstandartlar seçilərkən şagirdlərin əksəriyyətinin pis nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb. Bundan əlavə şagirdlərin fənlər üzrə test tapşırıqlarına cavab ballarının cəmi 100 ballıq qiymət şkalasına uyğunlaşdırılıb. İmtahan 2 mərhələdə keçiriləcək. Birinci mərhələdə hər fənn üzrə toplanıla biləcək maksimal bal 30, ikinci mərhələdə isə 70-dir. Göründüyü kimi yeni tipli test tapşırıqlarının istifadə olunacağı birinci mərhələdə toplanıla biləcək bal ümumi balın cəmi 30 faizini təşkil edir. Ənənəvi-qapalı tipli test tapşırıqlarının istifadə ediləcəyi ikinci mərhələdə isə 70 bal toplamaq mümkündür”.

DİM-dən, həmçinin bildirilib ki, ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə yaxın günlərdə çap ediləcək. İmtahan iştirakçılarının yeni tipli test tapşırıqları ilə tanış olmaları üçün kifayət qədər imkanlar yaradılıb və onlar çətinlik çəkmədən imtahan verə biləcəklər.

“Bildiyiniz kimi bu il IX sinfi bitirəcək şagirdlər yeni kurikulum əsasında təhsil alırlar. 2008 ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Təbii ki, yeni təhsil proqramlarının tətbiqi qiymətləndirmə sahəsində yeni yanaşma tələb edir. Biz artıq məcburuq ki, təhsil sistemində baş verən dəyişikliklərə müvafiq olaraq bilik və bacarıqların qiymətləndirilməsində yeni alətlərdən istifadə edək.
Xatırladaq ki, bu istiqamətdə görülən işlərə 4 il bundan öncə start verilib. 2013-cü ildən başlayaraq yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə, respublikanın bütün bölgələrini əhatə edən ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirilib (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə). Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin 85000-dən çoxu qeyd olunan monitorinq imtahanlarında iştirak edib. Bu imtahanların nəticələrinə əsasən, yazı işlərinin (eləcə də esselərin) yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən mexanizm yeni bir metod olaraq artıq 4 ildir ki, respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilir. Bundan əlavə imtahanda yazılı cavab vermək tələb olunan açıq tipli sualları yoxlayan markerlər bazası formalaşdırılıb. Hal-hazırda bu bazada Azərbaycan dili fənni üzrə 700-ə, riyaziyyat fənni üzrə 550-ə, rus dili fənni üzrə isə 30-a yaxın ekspert-marker var”.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva isə bu yaxınlarda bildirib ki, 2013-cü ildən bu günə qədər 85 mindən çox şagird Azərbaycan dili və riyaziyyat fənni üzrə monitorinq imtahanın cəlb olunub. Bunlardan 39575 nəfəri Azərbaycan dili, 40234 nəfəri riyaziyyatdan, 5650 nəfəri isə rus dilindən monitorinq imtahanlarında iştirak edib.

Monitorinq imtahanında onlara nümunələr təqdim olunub və nəticələr təhlil edilib. Nəticələr o qədər də ürəkaçan olmayıb. Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımovun sözlərinə görə, 2016-ci ildə Azərbaycan dili fənni üzrə liseylər istisna olunmaqla Bakı və Sumqayıt şəhərində 8-ci sinif şagirdlərinin 8 faizi, region məktəblərinin şagirdlərinin 20 faizi, liseylər şagirdlərinin isə 3 faizi sıfır bal (maksimal bal 20) toplayıb.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın