Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Şagirdlərdən pul yığılması xəbərinə nazirlikdən – REAKSİYA 

Şagirdlərdən pul yığılması xəbərinə nazirlikdən – REAKSİYA 

Təhsil Nazirliyi 5 oktyabr -Müəllimlər günü ilə bağlı şagirdlərdən pul yığılması haqda səslənən ittihamlara cavab verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a verdiyi açıqlamada müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatların yayıldığını bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, belə hallar baş verərsə, həmin müəllim və məktəb direktoru cəzalandırılacaq.

“Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın