Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Şagirdini zorlayan direktorın 3 arvadı var imiş…

Şagirdini zorlayan direktorın 3 arvadı var imiş…

Bir neçə gün əvvəl şagirdinə qarşı seksual xarakterli zorakılıq əməli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb.

Hadisə ictimailəşəndən sonra qızın valideynləri müraciətlərini geri götürüblər. Onlar hər hansı seksual xarakterli zorakılığın şahidi olmadıqlarını bildiriblər.

Bildirilir ki, kənd sakinləri C.Tofiqlinin yenidən məktəbə rəhbərlik etməsinin, ümumiyyətlə Şahhüseynlidə yaşamasının əleyhinədir. Onlar direktoru kəndə buraxmayacaqlarını deyiblər.

Qeyd edək ki, C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb. Onun 3-cü həyat yoldaşı isə məlum hadisədən sonra 2 uşağını da götürərək Cəlilabada – ata evinə qayıdıb.(lent.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın