Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Şad xəbər: Maaşdan gəlir vergisi ləğv olunur… – Ekspert

Şad xəbər: Maaşdan gəlir vergisi ləğv olunur… – Ekspert

Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək.

Bu sözləri təklif olunan gəlir vergisi üzrə güzəştlərin necə tətbiq olunacağı haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib.

“Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az olacaq, amma o da ikirəqəmli olacaq. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək”, – ekspert bildirib.

İqtisadçı xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalar haqda da danışıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əsasən, əmək müqavilələri kimi xidməti müqavilələrlə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəklər. Onlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşların xidməti müqavilə ilə çalışmaq hüququ olmayacaq. Bu qaydalar qəbul olunarsa, xidməti müqavilə ilə çalışanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …