Cümə axşamı , May 23 2019
Ana səhifə / Media / Sabirabad sakini prezidentdən kömək istədi

Sabirabad sakini prezidentdən kömək istədi

Bu gün yerlərdəki bəzi məmurlar vətəndaşları incidirlər. Onlara çoxsaylı problemlər yaradırlar. Dəfələrlə ölkə başçısının məmurlara xəbərdarlıq etməsinə baxmayaraq, bəzi məmurlar bundan nəticə çıxarmırlar. Özbaşınalıqlarını davam etdirirlər. Xüsusilə də bölgələrdə vətəndaşların başına min oyun açırlar. Dəfələrlə redaksiyamıza daxil olan şikayət ərizələri barədə sizə məlumat vermişik. Vətəndaşın problemi həll edilmədikdə, vətəndaş məcburiyyət qarşısında qalıb problemini media vasitəsilə aidiyyəti qurumlara çatdırmağa çalışır. Sözsüz ki, bu cür hallar həmin məmurların xoşuna gəlmir. Vətəndaşlara qarşı açıq-aşkar aqressiyalarını tökürlər.

Təəssüf ki, məmurların vəzifələrində və hərəkətlərində yol verdikləri neqativ hallar bəzən daha böyük narazılıqlara gətirib çıxarır. Çox vaxt vətəndaşlar problemini həll etməyən məmura bildirir ki, yuxarılara yazacağam. Məmur isə öz növbəsində bildirir ki, yuxarılara müraciət etsən, işin heç həll olunmayacaq. Bundan qorxan sadə vətəndaşlar isə heç bir lazımi orqana müraciət etmir. Bundan istifadə edən bəzi məmurlar ümumiyyətlə, heç bir iş görmürlər. Lakin vətəndaşlar bu işdə aktiv olmalıdırlar. Lazımi qurumlara müraciət etmələri yaxşı haldır. Xüsusilə də bölgələrdə vətəndaşları dinləmirlər, problemlərini çözmürlər. qeyd edək ki, redaksiyamıza bəzi məmurlar tərəfindən hüququ tapdalanan Sabirabad sakini müraciət edib.

Sabirabad rayon Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunda ölkə başçısına müraciət olunub. Şikayətdə bildirilir yazıb sizi məlum edirəm ki, dəfələrlə Sizə, Ədliyyə Nazirliyinə və müxtəlif orqanlara müraciətlər etməyimə baxmayaraq Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynov və Sabirabad Rayon Quruzma bələdiyyəsinin sədri Nəcəf Allahverdiyev birləşərək mənə qarşı etdikləri hücumları səngimir: “Nizami Hüseynov və Nəcəf Allahverdiyev Sabirabad rayon Məhkəməsində qaldırdıqları iddiada qeyd olunmuşdur ki, Yenikənd ərazisində mənim icarəmdə olan 30 ha torpaq sahəsini boşaldım. Sabirabad rayon məhkəməsinin icraçıları, DTvə XK-nin işçiləri, Daşınmaz Əmlakın Yanında Dövlət Reyestri Xidmətinin Sabirabad rayon şöbəsinin işçiləri, Quruzma İcra Nümayəndəsinin rəhbərliyinin iştirakı ilə həmin ərazini boşaltdım. Boşaldılma haqqında Sabirabad rayon Məhkəməsinin çıxartdığı qərardadın surətini Sizə göndərirəm. Qonşu kəndin ərazisindən 10 ha torpaq sahəsi həmin bu nümayəndələrin iştirakı ilə mənimçün ayrıldı. Bələdiyyənin bu qərarını da şəxsən Nizami Hüseynov özü qeydə aldı. Mən də orada heyvan saxlamaq üçün müvəqqəti tikililər tikməyə başladım.Tikib yenicə qurtarmışdım ki ,Nizami Hüseynov məni çağıraraq dedi ki, sənin bu qərəzli qonşun dayanmadan məndən yazır ki, Cavad Cəlilova qonşu kəndin ərazisindən də torpaq verməyə narazıyam. Odur ki, onun torpağı ordan da boşaldılmalıdır. Əks halda Nizami Hüseynov, öz vəzifəni itirə bilərsən. Nizami Hüseynov da mənim qərəzli qonşuma söz verib ki, ondan yazmasın deyə Qanı Cəlilovu yaşadığı Sabirabad Rayonu ərazisindən çıxarmağı da öz öhdəsinə götürüb. Bu minvalla 4 ildir ki, Nizami Hüseyinov qılıncını götürüb kecib mənə qarşı hücuma. Mən də bu vaxta qədər dövlətimizin “inanılmış” məmurundan özümü birtəhər qorusam da, artıq Sabirabad rayon Məhkəməsinə də təsir edərək onu da mənə qarşı çıxardaraq məcbur edir ki mənim torpağım barədə verdiyi qərardadı ləğv etdirsin. Deyir ki, Qanı Cəlilova sonradan verilmiş 10 ha torpaq sahəsinin və üzərində tikilmiş müvəqqəti tikililəri dartıb gətirərək 30 ha torpaq sahəsinin üzərinə daxil edərək yenidən qərar çıxarmalısan. Sabirabad rayon Məhkəməsi də bu məcburiyyətin qarşısında aciz qalaraq mənə qarşı əks qərarlar çıxarmaq məcburiyyətindədir ki, Nizami Hüseynov və digərləri öz vəzifələrində qalsın.Mənim kimilər də necə olur olsun. Kimdir Nizami Hüseyinov?Kim ona bu cür səlahiyyətləri verib?

Odur ki, mən Sizdən artıq dərəcədə xahiş edirəm ki mənim səsimə səs verin, mənə köməklik edin, mən bu Nizami Hüseynovun vəzifəsinin qurbanı olmayım. Bizim də səsimizə səs verən tapılacaq, İnşallah.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …

Bir cavab yazın