Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturunun gecə 18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz  35-45 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın