Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti

Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 19-24°, gündüz 34-39 isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın