Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq

Oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bəzi yerlərdə yağışın intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Sabah Bakıda və Abşeron yarımadasında isə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 18-20° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdü, əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın