Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Fevralın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın