Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Media / Sabah ölkədə havanın temperaturu 10 dərəcəyə yüksələcək – PROQNOZ

Sabah ölkədə havanın temperaturu 10 dərəcəyə yüksələcək – PROQNOZ

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti,
Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 55-60% təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə dumanolacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Jurnalistin şantajla bağlı şikayəti əsassız olduğu üçün rədd edilib

Bir neçə ay bundan əvvəl “Sputnik” informasıya agentliyində muxbir işləyən, Jurnalist İradə Cəlil Baş prokurorluq …

Bir cavab yazın