Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Media / Sabah hava küləkli olacaq – PROQNOZ

Sabah hava küləkli olacaq – PROQNOZ

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Mirşahin: “Mənə sarı tüpürənlər, duşunuz mübarək!”

“Əslində fikir verməməliydim. Düşünürdüm ki, adımdan yayılan ”paylaşım”ın saxta olduğunu yalnız avam və əbləhlər qanmaz. …

Bir cavab yazın