Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Sabah da qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah da qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, fevralın sabah arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın