Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Media / Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyədək artacaq

Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyədək artacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

İyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt …

Bir cavab yazın