Ana səhifə / Media /  Saatlı rayon icra hakimiyyətinin qarşısında DƏHŞƏT – 6 nəfərlik ailə özünü yandırmaq istədi

 Saatlı rayon icra hakimiyyətinin qarşısında DƏHŞƏT – 6 nəfərlik ailə özünü yandırmaq istədi

Dünən Saatlı rayonunda kütləvi şəkildə intihara cəhd hadisəsi qeydə alınıb. Bu barədə JAM.AZ-a verilən məlumata görə, rayonun Qıraqlı kənd sakini Malik Əliyev 6 nəfər ailə üzvü ilə birlikdə Saatlı İcra Hakimiyyətinin binası önünə gələrək, üzərlərinə benzin tökərək, yandırmaq istəyiblər.

JAM.AZ-a verilən bilgilərdə deyilir ki, məsələdən xəbər tutan icra başçısının müavinləri təcili olaraq hadisə yerinə gəlib və Əliyevlər ailəsini intihar etməkdən çəkindirməyə çalışıblar. Uzun-uzadı mübahisələrdən sonra Malik Əliyev fikrindən daşındırılıb və onu Polis Şöbəsinə aparıblar.

Qeyd edək ki, Əliyevlər ailəsinin intihara təşəbbüs etmələrinin səbəbi onların dolanışıqlarının dəhşətli durumda olması olub. Belə ki, Malik Əliyev və ailə üzvləri dolana bilmədikləri üçün dəfələrlə rəsmi qurumlardan iş istəsə də, rədd cavabı alıb. Sonuncu dəfə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyi Saatlı Sosial Müdafiə Mərkəzində isə ondan pul istənilib. Və bununla da səbr kasası daşıb və intihara cəhd edib.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …

Bir cavab yazın