Ana səhifə / Media / Sərxoş sürücü polislə mübahisə etdi – VİDEO

Sərxoş sürücü polislə mübahisə etdi – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Göygöl rayonu ərazisində reydlərini davam etdirir. Ötən gün keçirilən reyd də maraqlı görüntülərə səhnə olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxmayaraq, bəzi şəxslərin hələ də spirtli içki qəbul edərək sükan arxasına keçməsi adi hala çevrilib. Göygöl rayonu ərazisində davam edən reyd bunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları ilə Göygöl rayon Dövlət Yol Polisi Bölməsinin birlikdə keçirdiyi reydin növbəti günündə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən daha 21 sürücü aşkarlanıb. Bu sürücülərin avtomobili cərimə meydançasına aparılmaqla barələrində inzibati tədbir görülüb.

Reyd zamanı son üç ay ərzində ikinci dəfə sərxoşluğu müəyyən edilən sürücüyə də rast gəlinib. Həmin şəxsin avtomobili Göygöl rayon polis şöbəsinin cərimə meydançasına aparılmaqla barəsində daha ciddi tədbir görülüb.

Kamran Məmmədov- BDYPİ-nin YPXA-nın qərargah rəisi: “Sərxoş sürücülərə qarşı reydlərimiz davam edir. Yenə də xeyli sayda sərxoş sürücü aşkarlanıb. Belə sürücülərə tövsiyəmiz odur ki, sükan arxasında spirtli içki qəbul edib əyləşməsinlər. Bu onların təhlükəsizliyi üçün çox vacibdir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın