Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sərnişinləri dolamaq, yoxsa- “Baku Bus”ın məsuliyyətsizliyi?

Sərnişinləri dolamaq, yoxsa- “Baku Bus”ın məsuliyyətsizliyi?

“Heç bu sərnişinləri düşünən yoxdur. Səhər saatlarından hamımız işə getmək üçün marşrut gözləyirik. Deyirlər ki, bir həftəyə problem həll olunacaq. Bəs bu bir həftədə işə nəylə gedib gələk?

Qafqazinfo” xəbər verir ki, sözügedən şikayəti bu gün Səməd Vurğun bağı yaxınlığında 1 saylı marşrutu gözləyənlər sərnişinlər “Qafqazinfo”ya müraciətlərində dilə gətiriblər.

Onlar qeyd edir ki, ötən gün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yaydı ki, bu gündən etibarən xəttə buraxılacaq  1 saylı marşrut avtobusunun hərəkət cədvəli “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti- 28 may metro stansiyası istiqamətində olacaq: “Üstündən bir neçə saat keçəndən sonra dedilər ki, “Baku Bus” MMC-də yaranmış texniki problemlə bağlı 1 saylı marşrut bir həftədən sonra xəttə buraxılacaq. Əvvəllər bu istiqamətdə işləyən 136 saylı marşrutun isə istiqaməti dəyişdirilərək Qara Qarayev” metro st. – “Koroğlu” metro st. – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunacaq. Məlumatda qeyd olunurdu ki, yaranan problemlə bağlı hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

100 və 132 saylı marşrut xətlərinin isə ləğv olunub. Bəzi sərnişinlər  saytları oxuyub bundan məlumatlı olsa da, çoxusunun xəbəri yoxdur.  Belə çıxırdı ki, problem həll oluna kimi 136 nömrəli avtobus işləyəcək. Amma neçə saatdır ki, 136 nömrə gəlmir.

“Qaynar Xətt”ə,  Nəqliyyat Departamentinə, “Baku Bus” MMC-yə müraciət etdik, problermi bir-birlərinin üstünə atdılar”.

Bakı Sərnişin Nəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli məsələ ilə bağlı  “Qafqazinfo”ya açıqlamasında 136 saylı marşrutun ləğv olunduğunu deyib. Onun sözlərinə görə, bir həftə ərzində problem bu cür davam edəcək: “Baku Bus” MMC-də texniki problem yaranıb. Ona görə də 1 saylı marşrutu xəttə buraxa bilmirlər”.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri  Şəfa Mehmanqızı isə bildirib ki, 136 saylı marşrut ləğv olunmayıb, sadəcə istiqamətində dəyişiklik edilib: “1 saylı marşrutda problem düzələnə kimi 136 saylı marşrutun köhnə xətlə işləyəcəyini bildirmişdik. Amma 136 nömrəli marşrut ləğv olunan 100 saylı marşrutun hərəkət istiqamətini davam etdirir. Səməd Vurğun bağı istiqamətində deyil, Qara Qarayev metrosu istiqamətindən hərəkətə başlayır. Sərnişinləri başa düşürük ki, qarışıq vəziyyət yaranıb. Amma bunun bizimlə əlaqəsi yoxdur. “Baku Bus” MMC dedi ki, bu gündən xəttə 1 nömrəli marşrutu buraxacaq, sonra isə bir həftəlik təxirə saldığını açıqladı”.

Sonda isə qeyd edək ki, problemdən belə görünür ki, sərnişinlər bir həftə əziyyət çəkməli olacaqlar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın