Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Sənədsiz mənzillərin sənədləşdirilməsi sürətləndirilməlidir” – DEPUTAT

“Sənədsiz mənzillərin sənədləşdirilməsi sürətləndirilməlidir” – DEPUTAT

Bakı və Abşeronun inzibati ərazilərində mübahisəli torpaqlar var. Və bu mübahisələr əsasən Bakı kəndləriylə bağlıdır. Bəzi ərazilərdə kəndə bitişik ərazilər Abşeron rayonuna aid edildiyindən mübahisələr yaranır. Həmin ərazilərə xidməti Bakı bələdiyyələri və şəhər təsərrüfatının xidmət sahələri göstərsədə torpaq Abşeron rayonunun balansındadır. Nəticədə bələdiyyələr həmin əraziləri vergiəyə cəlb edə bilmir.
Məsələyə aydınlıq gətirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov açıqlamasında bildirib ki, “Bakı şəhəri rayonlarının inzibati ərazilərində xəritələrin çəkilməsi prosesi başa çatmadığından bələdiyyə əraziləri ilə əlaqədar Bakı və Bakı ətrafı torpaqlarında müəyyən mübahisəli məsələlər mövcuddur. Bunun həlli üçün şəhərin elektron xəritəsi tərtib olunur. Elektron xəritə olduğu halda qısa bir zamanda bələdiyyələr öz mülkiyyətində olan torpaqları ilə əlaqədar tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə biləcəklər.
Bələdiyyə ərazisindəki sənədləşdirilməmiş evlərlə bağlı qeyd etmək istəyirəm ki, tikilib vətəndaşların istifadəsində olan evlərin mülkiyyət hüquqlarının tanınmasında müəyyən sadələşdirilmələr həyata keçirilməlidir. Düşünürəm ki, qanunvericilikdə qadağan olunmuş yerlər istisna olunmaqla öz mülkiyyətindəki torpaqlarda tikilən evlərə çıxarış verilərək vergiyyə cəlb olunması sürətləndirilməlidir.
Qeyd etdiyim kimi bu məsələ tez bir zamanda həll olunarsa ölkə üzrə bələdiyyələrə milyonlarla manat vəsait daxil ola bilər. Yaşayış sahəsinin mülkiyyət hüququnun tanınması həm də vətəndaşların yaşadığı yerlərdə qeydiyyatda dayanmağına imkan yaradar, bu həmdə dövlətimiz üçün əhəmiyyətli məsələdir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın