Ana səhifə / Media / Şəmkirin icra başçısı su biznesinə başladı – FOTOLAR

Şəmkirin icra başçısı su biznesinə başladı – FOTOLAR

Alimpaşa Məmmədov «Natural» adlı içməli su istehsal edən zavodunun açılışını edib

Şəmkirin icra başçısı, vergilər naziri Fazil Məmmədovun yaxın adamı olan Alimpaşa Məmmədov təkcə rayonun idarəçiliyi ilə deyil, həmçinin özünün biznesini qurmaqla da məşğuldur. JAM.AZ xəbər verir ki, rayonun rəhbəri artıq özünün yeni istehsal sahəsinin açılışını edib.
Məlumatlara görə, Alimpaşa Məmmədovun bu dəfə girişdiyi biznes içməli su istehsalı ilə bağlıdır. Belə ki, Şəmkirin icra başçısı Qoca Dağın ətəklərində çıxan bulaq sularını toplatdıraraq, onu kəmərlər vasitəsi ilə öz zavoduna yönəldib. Müqabilində isə «Natural» adlı içməli suların istahsalına start verib.
JAM.AZ-a verilən məlumatda deyilir ki, bu ilin martında zavodun açılışını edən icra başçısı, bütün əyan-əşrəfi ilə orada olub. Həmçinin prosesdə Çinin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri də iştirak edib. Bunun səbəbi kimi isə zavodun inşasında Çin sərmayəsindən istifadə olunması göstərilir.


Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın