Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Səlim Müslümov: “Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq”

Səlim Müslümov: “Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq”

“Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq”. 
“Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, işsizlik sığortası sığortanın ayrı bir növüdür: “Xususilə bazar iqtisadiyyatı ölkələrində çalışan insanların sabah işsiz qalacağı halda həmin hadisədən sığortalanmları ücün belə bir sığorta növü tətbiq olunur. Ona görə də Azərbaycanda da belə bir sığorta növünün tətbiqinə ehtiyac yarandığını düşünürük. Bu səbəbdən də qanun layihəsi hazırlanıb. Bu layihə müvafiq icra hakimiyyəti orqanları ilə müzakirə olunub razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaq”.
S.Müslümov əlavə edib ki, son 6 ay ərzində məşğulluq xidməti orqanlarına iş üçün 27 700 nəfər müraciət edib:“Onlardan 13 min nəfərdən çoxu münasib işlə təmin olunub. Yerdə qalan insanların işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. İşsizlik sığortası Rusiya, Türkiyə və ABŞ-da daha geniş yayılıb”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın