Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Şəhid bulağına qoyulan sayğac götürüldü – VİDEO

Şəhid bulağına qoyulan sayğac götürüldü – VİDEO

Mingəçevir şəhərində şəhidin adını daşıyan bulağa qoyulan su sayğac sökülüb.

Bu barədə ARB TV-yə şəhidin həyat yoldaşı Arzu Mustafayeva məlumat verib:

“Kanal bizim bulağı gəlib çəkəndən sonra 24 saat ərzində gəlib sayğacı sökdülər. Təşəkkürümü bildirirəm”.

Şamaxı Novruzova – Sakin: “Çox sağolun. Allah köməyinizdə dursun. Siz ki, şəhidlərin arxasında durmusuz Allahda sizin arxanızda dursun”.

Mustafa Kərimov – Mingəçevir şəhər su kanal idarəsinin rəisi: “Ancaq suyun sotunun aparılması məqsədilə digər mexaniki sayğac quraşdırılıb və ödənişini “Azərsu” ASC öz üzərinə götürüb”.

Sayğacların pulunu ödəməkdən azad olan sakinlər israfa yol verməmək üçün bulaqlara özlərinin nəzarət edəcəklərini deyirlər.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın