Ana səhifə / Media / Şəhid ailəsi üçün fərdi ev tikildi – Fotolar

Şəhid ailəsi üçün fərdi ev tikildi – Fotolar

Masallı rayonunun Güllütəpə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Firdovsi Bağırzadənin ailəsi üçün fərdi ev tikilib. Bu gün evin açarlarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Masallı RİH-nin başçısı Rafil Hüseynov isə çıxışı zamanı şəhid ailəsi üçün təzə evin ərsəyə gəlməsində xidməti olan sahibkarlara və binanın tikintisində çalışan inşaatçılara təşəkkürünü bildirərək, evin açarlarını şəhidin anasına təqdim edib.

Qeyd edək ki, iki mərtəbəli evin bütün otaqları yaşayış üçün lazım olan zəruri avadanlıqlarla təchiz olunub.(apa)
Şəhid ailəsi üçün fərdi ev tikildi - FOTOLAR
Şəhid ailəsi üçün fərdi ev tikildi - FOTOLAR

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın