Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Şəfa Mehmanqızı yenidən mətbuat katibi TƏYİN OLUNDU

Şəfa Mehmanqızı yenidən mətbuat katibi TƏYİN OLUNDU

Tanınmış aparıcı Şəfa Mehmanqızı yenidən mətbuat katibi təyin edilib.

Ş.Mehmanqızı Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Şəfa Mehmanqızı Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.Ondan əvvəl 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri olub.2016-cı il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.

Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında “Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib/Unikal.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …