Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Sədərək” ticarət mərkəzini su basdı

“Sədərək” ticarət mərkəzini su basdı

“Sədərək” ticarət mərkəzini su basıb.

Aznews.az bildirir ki, bir neçə dəqiqədir ki, davam edən güclü yağış ticarət mərkəzində ciddi problem yaradıb, yağış suları mərkəzin içərisinə dolub.

Hadisəyə səbəb isə ticarət mərkəzinin üst örtüyündəki su borularının tutulması olub. Nəticədə mərkəzin içərisinə güclü su axınları başlayıb, satıcıların əmlaklarına xeyli ziyan dəyib.

Ticarət mərkəzinin içərisindəki kanalizasiya xətlərinin də işləməməsi xırda gölməçələrin yaranmasına gətirib çıxarıb. Bu isə satıcılarla yanaşı, mərkəzə alış-verişə gələn insanların təşvişinə səbəb olub. Onlar mərkəzi tərk ediblər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın