Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Media / Sərt keçən qış Ilisu şəlaləsini dondurdu – Qeyri-adi görüntülər

Sərt keçən qış Ilisu şəlaləsini dondurdu – Qeyri-adi görüntülər

İlisu dağlarından axan bir neçə şəlalənin buz bağlaması yerli sakinlərin böyük marağına səbəb olub.

Dia.az ARB-yə istinadən xəbər verir ki, havaların sərt keçməsi səbəbindən donan Ramramay şəlaləsi gözəl bir mənzərə yaradıb. Təqribən 75 metr hündürlükdən axan şəlalənin töküldüyü yerdə böyük buz dağı yaranıb.

Sərt dağların arasındakı şəlalənin donması təbiətin gözəlliyinə əsrarəngiz bir gözəllik qatır. Şəlalənin ətəyində yayda təxminən 15-20 metr radius məsafəyə sərin su səpələnirdisə, indi həmin ərazidə buz dağı əmələ gəlib. Kənd sakinlərinin dediyinə görə, İlisuda 6 ay qış olur və hər il bu vaxtı şəlalə donur.

Şəlaləyə gedən yol qış aylarında qarlı olduğu üçün ora getmək heç də asan olmur. Amma çətinliklərə baxmayaraq, bu gözəl mənzərəni seyr etmək ücün qışda da şəlaləyə gedən turistlər olur. Kənd sakinlərinin dediyinə görə, dağların arasıyla yuxarı getdikcə daha bir neçə şəlaləyə rast gəlmək olur ki, onlar da hazırda donmuş vəziyyətdədir.

Həmçinin oxuyun

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni …

Bir cavab yazın