Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Sərnişinləri ölümə daşıyan mikroavtobuslar – VİDEO

Sərnişinləri ölümə daşıyan mikroavtobuslar – VİDEO

Hər gün onlarla sərnişin regionlardan paytaxta və əks istiqamətdə mənzil başına çatmaq üçün yolçuluq edir. Vətəndaşlardan bəziləri yolçuluq zamanı rahatlığı nəzərə alsa da daha tez ünvana çatmaq istəyəndə olanlar bu məqamlara diqqət etmir. Elə bu tələskənlikdə bəzi sürücülərin ürəyincə olur.

ARB TV-nin “Günə doğru” verilişində mövzuyla bağlı maraqlı reportaj yayımlayıb.

Mikroavtobuslar markasından asılı olaraq 16 və ya 18 nəfərlik oturacaqlarla təmin olunub. Bəzi sürücülər bununla qane olsa da digərləri aralara əlavə oturacaqlar qoymaqla daha çox sərnişin daşımağa cəhd edir. Qəzalar zamanı isə bədbəxt hadisələr qaçılmaz olur.

Quba sakinləri bildirir ki, əlavə oturacaqlara bəzi kiçik həcimli avtobuslarda daha çox rast gəlinir. Sürücülərin bu addımına sakinlər birmənalı yanaşmır.

Sakin: “Sovet dövründə biz maşının yük yerində gedib, gəlmişik. Xəta olmayanda, olmur”.

Sakin: “Bu çox təhlükəlidi. Maşın əyləci basanda, yanındakı da, özü də əzilə bilər”.

Sakin: “Əlavə oturacaqlardan istifadə olunur. Qanunda isə belə bir şey yoxdur. Bilet verilmir. Soruşanda deyir ki, işçi yoxdur. 4 manata aparır. Halbuki bilet alanda 2 manat 70 qəpikdir”.

Quba ilə yanaşı oxşar vəziyyətə digər rayonlarda da rast gəlməy olar. Yevlaxda və ətraf rayonlarda səhərdaxili marşrutlarda istifadədə olan mikravtobuslarda normadan çox sərnişin daşınması halları müşahidə olunur. Nəticədə nəqliyyat vasitəsi demək olar ki, iki dəfə arıq yüklənmiş olur. Aidiyyatı qrumlar isə bu məsləyə və nəqliyyat vasitəsini təhlükəli idarə edən sürücülərə nəzarət edildiyini bildirir.

“Azərbaycan respublikasinin nazirlər kabinetinin” qərarına əsasən nəinki uzaqmənzilli marşrutlarda əlavə oturacaqlar quraşdırılmamalı hətda uzaq məsafəyə gediş üçün rahat və yumşaq oturacaqlar olmalıdır. Oturacaq yerlərinin sayı 27-dən çox olan avtobuslarda sərnişinlərin xəbərdar edilməsi üçün səsucaldan audiosistem, oturacaq yerlərinin sayı 23-dən çox olan avtobuslarda həcmi hər bir sərnişin oturacaq yerinə ən az 0,1 m3 hesabından baqaj bölməsi olmalıdır.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın