Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Sərnişinləri ölümə aparan 40 avtobus xətdən çıxarılıb

Sərnişinləri ölümə aparan 40 avtobus xətdən çıxarılıb

Sərnişindaşıma ilə məşğul olan 40-a yaxın nəqliyyat vasitəsi idarəetmədən kənarlaşdırılıb.

Bu barədə AzVision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

DYP rəsmisi bildirib ki, Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən, texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarını həyata keçirənlərə qarşı reydlər mütəmadi olaraq keçiriləcək.

“Bəzi marşurutlarda əlavə oturacaqlar qoyulur. Üstəlik avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilir”-deyə K.Əliyev vurğulayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın