Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Sərinləməyə görə həyatını qurban verənlər…

Sərinləməyə görə həyatını qurban verənlər…

Deməkolarki, hərgünazı birvə yaikibelə xəbəralırıq: “Dahabirnəfərdənizdə batdı”, “Göldə çimən şəxsboğuldu”… İstivəbürkülü havasu hövzələri ilə insanları mehribanlaşdırsada,bumehribanlıq çoxdauzunsürmür. Yənisərinlənməkarzusuçoxunahəyatı bahasınabaşagəlir. Qışda ən çoxcanalandəmqazıdırsa,yaydainsanlarınqatilisudur.

Elə bugünkü iş günümüz də 19 yaşlı Şəmkir sakininin göldə boğulması xəbəri ilə açıldı. İki gün əvvəl Şirvan su kanalında üzmək istəyən 14 yaşlı yeniyetmənin meyiti tapılıb, Qaradağın Sahil qəsəbəsində paytaxt sakini suda batıb. İyulun 4-də 3 nəfər Bakıda, Göyçayda və Sabirabadda suda boğulub. Bu siyahını bir az da uzatmaq olar. Təkcə son bir həftənin suda boğulmalarla bağlı statistikasına nəzər salsaq görərik ki, 7 gün ərzində 10 nəfər bu yolla dünyasını dəyişib. Batanlar isə təkcə Xəzərdə boğulanlar deyil, onların arasında Bakıda və rayonlarda göldə, çayda, kiçik su hövzələrində çimməyə gedib həyatını itirənlər var.

Statistikaya görə, iyun ayı ərzində 50 nəfər suda boğulmaq üzrə olan şəxs xilas edilib ki, bunlardan 33 nəfəri nəzarət olunan zonalarda, 17 nəfəri isə qeyri-çimərliklərdə çimənlərdir.

Əlbəttə ki, suda batmaq təhlükəsi ilə üzləşənlərin bir hissəsi xilasedicilər tərəfindən xilas olunur. Amma çimərlik ərazisində qırmızı şarlarla ayrılmış ərazini keçənlər, qadağan olunmuş və çimərlik üçün müəyyən edilməmiş yerlərdə çimənlər də var. Həyatını təhlükəyə atıb qayadan tullanaraq suya baş vuranlar hələ orada yosun və lildən başqa heç nə görməyiblər. Yəni “dəniz qızı” haqqında deyilənlər də yalnız əfsanədir.Bəs niyə üzə bilmədiyimiz halda suyun dərinliklərinə baş vururuq? Hansı maraq həyatımızdan üstün ola bilər? Suda boğulmalarla bağlı faktların bu qədər çoxluğu nə ilə əlaqədardır?

 

“Kim batsa, bir də dənizdə üzə bilməyəcək…”

Statistikaya baxsaq görərik ki, su kanalları, göl və digər su hövzələrində boğulanlar daha çox valideynləri tərəfindən nəzarətsiz buraxılan və xəbərsiz üzməyə gedən azyaşlılardır. Amma dənizdə və böyük göllərdə batanların əksəriyyəti kifayət qədər yetkin insanlardır. Ekspertlər hesab edirlər ki, bunlar daha çox qadağan olunmuş qeyri-çimərlik zonalarında çimənlər və dənizə gələrkən spirtli içki qəbul edənlərdir.

Psixoloqlar hesab edirlər ki, suda boğulmalarda psixoloji amillər də mühüm rol oynayır. Yəni dənizdə üzənlər öz imkanlarını, dəniz suyunun istiqamətini düzgün qiymətləndirə bilmirlər. Suda əksərən üzməyi bacarmayanlar boğulsa da, bəzən üzməyi bacaranlar da batırlar. Əslində, əzələlər yorulduqda üzən şəxs dincəlməlidir. Bəzən yorulmaqdan təlaşa düşdüyünə görə insanlar suda batırlar. Bir çox hallarda isə yeniyetmələr bir-biri ilə bəhsə girir, daha çox məsafə üzəcəklərinə söz verir, nəticədə, sözünü tutmaq üçün yarış onlara həyatları bahasına başa gəlir.

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məqçisi Rəşad Əbdülrəhmanov hesab edir ki, üzə bilməyən adam ümumiyyətlə, dənizə ayaq basmamalıdır. Mütəxəssisin virtualaz.org-a bildirdiyinə görə, dərinliyi bilinməyən, suyun dibi haqqında məlumatsız olduğumuz yerlərdə üzmək təhlükəlidir.

 

“Dərinliyini bilmədiyiniz yerə ayaq basmayın!”

“Üzə bilməyənlərə ancaq gün vannası qəbul etməyi məsləhət görərdim. Əgər su hövzəsinin dərinliyini bilmirsə, həmin yerə ayaq basmaq olmaz. Mən özüm dənizdə demək olar ki, üzmürəm, ancaq qurşağa qədər suya girirəm. Üzəndə isə uzununa yox, yalnız eninə üzürəm. Üzə bilənlərə də yalnız sahilin eni ilə üzməyi məsləhət görərdim. Bəzən cavanlar özlərini göstərmək üçün gözdən itənə qədər üzə-üzə dənizin dərinliyinə gedirlər. Amma bu hərəkəti etmək düzgün deyil”.

Mütəxəssis hesab edir ki, bundan başqa, müəyyən olunmayan sahil zonalarında hər hansı akrobatik hərəkətlərin edilməsi yolverilməzdir. Dənizə gələn hər kəs bunlara fikir verməlidir:

“Əgər biz üzdüyümüz suyun altında nə olduğunu bilmiriksə, suyun dərinliyi bilmiriksə, ora girməməliyik. Bəlkə suyun altında platforma qalıb. Bu zaman suya baş vurduqda bədbəxt hadisələrlə nəticələnər. Hansısa qayanın üstünə çıxıb suya baş vurmaq olmaz. Bu da çox təhlükəli ola bilər. Texniki cəhətdən, təhlükəsizlik baxımından qadağandır. Dənizə girən hər kəs bu qadağaları bilməlidir”, – deyə R.Əbdülrəhmanov bildirib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənovun virtualaz.org-a bildirdiyinə görə, xidmət suda boğulma hallarının qarşısının alınması üçün KİV vasitəsilə maarifçilik tədbirlərini həyata keçirir:

“Gücümüz çatan ancaq maarifçilik tədbirləridir. KİV vasitəsilə insanlara tövsiyə edirik ki, qeyri-çimərlik ərazilərə getməsinlər, küləkli hava şəraitində suya girməsinlər, azyaşlıları, yeniyetmələri nəzarətsiz qoymasınlar. Bəzən onlar valideynlərinin nəzarətindən çıxıb su hövzələrinə qaçırlar. Xəbərdaredici, maarifləndirici sahilboyu lövhələrin üzərində yazılan yazılara, tələblərə əməl etsinlər. Xilasedicilərin çağırışlarına, haqlı tələblərinə riayət eləsinlər. Ancaq maarifçilik tədbirlərinə üstünlük veririk”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın