Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sərhəddə saatlarla gözləmək tarixdə qalacaq

Sərhəddə saatlarla gözləmək tarixdə qalacaq

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün sərhəd-keçid prosedurları sadələşdirilməlidir.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur.

Strateji yol xəritəsində bildirilir ki, bunun üçün həm də idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı və bu sahədə digər vacib addımlar atılmalı, beynəlxalq dəhlizlərboyu yol infrastrukturu genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Sənəddə qeyd edilən bütün bu məsələlər qarşıya qoyulan strateji məqsədlər kimi qeyd edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın