Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Media / Şəmkirdə it 4 yaşlı uşağın burnunu dişləyərək qoparıb – VİDEO

Şəmkirdə it 4 yaşlı uşağın burnunu dişləyərək qoparıb – VİDEO

4 yaşlı uşağın burnunu it dişləyərək qoparıb. Hadisə bir müddət əvvəl Şəmkirdə, Səməd Vurğun kəndində baş verib. 4 yaşlı Səma həyətdə oynayarkən saxladıqları it onun burnunu dişləyərək bir hissəsini qoparıb.

Atası Elməddin Sarıyev deyir ki, qızını daha sonra Bakıya gətirib, ona məsləhət görülən həkimin yanına aparıb. Həkim uşağın burnunu bərpa edə biləcəyini söyləyib.

Əməliyyatı estetik və plastik cərrah Mircəfər Seyid həyata keçirib. Həkim bildirir ki, qızcığaz xəstəxanaya daxil olanda burnunun sol yarısının aşağı hissəsini it tamamilə qoparmışdı və burun sümüyü açıqda qalmişdı.

Həkim deyir ki, rekonstruktiv və mikro cərrahiyyə plastik cərrahiyyənin ən mürəkkəb hissəsidir. Bununla da, Azərbaycanda 11 saatlıq nadir estetik əməliyyat həyata keçirilib və burunun itirilmiş hissəsi bərpa edilib.

Həkimi deyir ki, Səmanin burnu 1 il ərzində tamamilə əvvəlki görünüşünə qayıdacaq. (“Xəzər TV”)

Həmçinin oxuyun

Uşaq verilişlərində reklama məhdudiyyət QOYULUR

Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş …

Bir cavab yazın