Ana səhifə / Media / Şəkidə güclü leysan yollara ziyan vurdu – VİDEO

Şəkidə güclü leysan yollara ziyan vurdu – VİDEO

Şəkidə küləklə müşahidə olunan yağış, daha sonra doluya çevrilib.
Təbii fəlakət nəticəsində yolları su basıb və küçələrdən axan sel suları avtomobillərin hərəkətinə mane olub.
Qısa müddət davam edən sel suları yol təsərrüfatına da ziyan vurub. Yollar daş, qum və çınqılla örtülüb.
Şəki regional hidrometeorologiya mərkəzindən verilən məlumata görə ən çox yağıntı rayonun Kiçik Dəhnə kəndinə düşüb və burada yağıntının miqdarı 38 millimetr olub, bununla belə kənddə heç bir ciddi fəsad qeydə alınmayıb. (arb)

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …

Bir cavab yazın