Ana səhifə / Media / Səhiyyə Nazirliyindən xəbərdarlıq: dərmanlar şəraiti olmayan anbarlarda saxlanılır

Səhiyyə Nazirliyindən xəbərdarlıq: dərmanlar şəraiti olmayan anbarlarda saxlanılır

Ölkəyə gətirilən dərmanların topdansatış əczaçılıq fəaliyyətinə verilmiş lisenziyada göstərilməyən ünvanda, dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin etmək üçün lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkar edilib.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzində 40-a yaxın topdansatış əczaçılıq şirkət rəhbərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə bəzi topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması üçün aparılan laborator analizlərin cavabları hazır olana qədər onların saxlanma şəraiti haqda danışılıb. Qeyd olunub ki, normativ sənədlərə görə laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur və bu vaxt ərzində dərmanların topdansatış əczaçılıq fəaliyyətinə verilmiş lisenziyada göstərilməyən ünvanda, dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin etmək üçün lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanıldığı faktları aşkarlanıb.

Mərkəzin rəhbərliyi lazımi avadanlığı və şəraiti olmayan anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə bir başa təsir göstərdiyini, həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın