Ana səhifə / Media / “Səhiyyə Nazirliyi vətəndaşların zəhərlənmə hallarını gizlədir”

“Səhiyyə Nazirliyi vətəndaşların zəhərlənmə hallarını gizlədir”

“Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil” – bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iyulun 12-də ölkə mətbuatına bildirib.

“Təəssüflər olsun ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun qəbul edilməyib. Baxmayaraq, dəfələrlə bu sənəd müəyyən dairələrdə müzakirə edilib. Lakin belə bir qanun hələ  yoxdur. Ona görə də  ölkədə təhlükəli qida kifayət qədər var. Bu da insanların həyatına öz mənfi təsirini göstərir. Bir də qeyd edirəm, insanların sürətlə kimyalaşması, apteklərə müraciəti, klinikalarda növbələr bunun açıq-aydın sübutudur. Təsadüfi deyil ki, ölkədə  xərçəng xəstəliyinin cavanlaşması, sürətlə artması da bu amilləri bir daha sübut edir”

Onun sözlərinə görə, ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin qaldırılması  uğrunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda beş illik layihə həyata keçirib: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində Azərbaycanın yerli qida sektorunun keyfiyyətinin yüksəldilməsi  işini görüb. 2011-ci ildə USAİD bizə  müraciət etdi. Dünyada ilk təcrübə olaraq Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını qeydə aldırmaq təşəbbüsunü bizdən istədi. Azad İstehlakçılar Birliyinin, yəni bizim təşkilatın üzvlərinə  treninqlər keçdilər və  beynəlxalq nişan qeydiyyata alındı”.

Ekspert qeyd edib ki, müstəqil ekspertiza hüquqi sənəd kimi məhkəmə orqanlarında tanınmır. Yəni, ekspertiza qurumu, ekspertiza mafiyası bir əldə cəmləşib. Yalnız hüquqi sənəd kimi dövlət ekspertizası tanınır. Sertifikat verən orqan və əhalinin sağlamlığı keşiyində duran orqan eyni bir əldə cəmləşib. Daha sadə demək istəyirəm,  tutaq ki, bir kütləvi istehsal malından bir nəfər, kimsə zəhərləndi və tutaq ki, insanı zəhərləyən mal məlum oldu. Amma Azərbaycan tarixində bir dəfə də belə hal olmayıb, insanı zəhərləyən kütləvi istehsal malının adı ortaya çıxmayıb. Onda həmin malı kütləvi istehsal edən müəssisə Səhiyyə Nazirliyinin ona verdiyi gigiyenik şəhadətnaməni qoyacaq stolunun üstünə, deyəcək sən mənə gigiyenik şəhadətnamə veribsən. Cavabdeh də  sənsən. Yəni, maraqların toqquşması var. Ona görə də ölkədə zəhərlənmənin statistikası ümumdünya göstəricisindən 250 dəfə az göstərilir. Çünki Səhiyyə Nazirliyinin marağında deyil. Zəhərlənmələr olan zaman istehlakçının üzərinə  yıxırlar ki, sən məhsulu pis saxlamısan, sən özün hazırlamısan, özün etmisən” , – deyə E.Hüseyniv vurğulayıb.imran_429

Biz Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası şöbəsinin müdiri İmran Abdulayevdən E.Hüseynovun sözlərini şərh etməyi xahiş etdik.İ.Abdullayev bildirdi ki, bu il ictimai iaşə yerlərində kütləvi zəhərlənmə halları qeydə alımayıb.

“Bəs keçən il bu cür hallar qeydə alınıbmı?” – deyə jurnalistimiz soruşdu.“Keçən ilin yayında ictimai iaşə müəssisələrdən birində 80 nəfər zəhərlənmişdi.Biz bu müəssisəni bağlamaq barədə qərar verdik və materialları prokurorluq orqanlarına göndərdik. Müəssisə rəhbərliyi bizim iradlardan nəticə çıxardı, ondan sonra fəaliyyəti bərpa etdilər. Həmçinin, iri qida istehsalçılarının cəzalanması halları da olub. Lakin onlar zəhərlənməyə görə yox, gigiyena tələblərinə riayət etmədiklərinə görə cəzalandırılıb”, – deyə İ.Abdullayev bildirib.

“Dönərxanaların 80 faizinin gigiyena standartlarına cavab verməməsi bizim monitorinqin nəticəsində müəyyən olunub”, – deyə E.Hüseynov Legion.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, AİB artıq 20 ildir istehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olur.“Əminliklə deyə bilərəm ki, bu günə qədər heç bir iri qida istehsalçısı vətəndaşların zəhərlənməsində ittiham olunmayıb. Həmçinin, ölkəmizdə qida zəhərlənməsindən sonra əlil qalan vətəndaşlara kompensasiya ödənilməyib. Bütün hallarda Səhiyyə Nazirliyi bəyan edib ki, zəhərlənmə ev şəraitində yeməyi düzgün hazırlamamağa görə baş verib, günahkar isə istehlakçının özüdür. Bunun izahı da var. Əgər Səhiyyə Nazirliyi günahkar kimi istehsalçı şirkəti göstərsə, o zaman istehsalçı da Səhiyyə Nazirliyinin özü tərəfindən verilən sertifikatı təqdim edəcək. Buna görə də, Səhiyyə Nazirliyi vətəndaşların qiadan zəhərlənməsi hallarını gizlədir”, – deyə E.Hüseynov əlavə edib.

“Bu necə baş verir?” – deyə soruşduq.“Zəhərlənən vətəndaşlar həkimə müraciət edir. Həkim təcili olaraq xəstənin mədəsini yuyur, bununla zəhərlənmənin sübutları yoxa çıxır. Buna görə də, Azərbaycanda zəhərlənmə halları barədə rəsmi məlumat dünyadakı göstəricilərdən 250 dəfə aşağıdır”, – deyə Eyyub Hüseynov vurğulayıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın